Yeni geyim dəstləri artıq komandanın düşərgəsinə gətirlib
Qarşıdakı mövsümə hazırlıqalarını Sloveniyada davam etdirən "İnter” formalarını dəyişir. Artıq bir neçə ildir ki, Adidas şirkətinin məşq və geyim formalarından istifadə edən "bankirlər” qarşıdakı mövsüm Umbro-dan geyinəcək.
Premyerliqa.az xəbər verir ki, artıq bu firmanın geyim dəstləri artıq komandanın düşərgəsinə gətirlib və bəzi futbolçular həmin firmanın məşq formalarını geyinirlər. Ancaq aldığımız məlumata görə, Umbro-nun geyim və məşq formaları futbolçular tərəfindən o qədər də bəyənilməyib.