NBC Bank Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "İnter" I Divizion təmsilçisi "Abşeron"la qarşılaşdı. "İnter" cavab oyununda qolsuz heç-heçə edərək kubokun 1/2 final mərhələsinə vəsiqə qazandı - 0:0.
Mirbağır İsayev, "Abşeron" klubunun baş məşqçisi: "Oyun mübarizə şaraitində keçdi. "İnter" komandasını növbəti mərhələyə vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Əsas məqsədimiz I Divizionda qalib gəlib Unibank Premyer Liqasına vəsiqə qazanmaqdır. Komandam bu gün layiqli mübarizə apardı. Verilən tapşırıqları tamamilə yerinə yetirdilər. Futbolçularıma minnətdaram.".
Kaxaber Sxadadze, "İnter" klubunun baş məşqçisi: "Çox pis oynadıq. "Abşeron" klubunu yaxşı oyuna görə təbrik edirəm, sonadək mübarizə apardılar. Futbolçularımızla ciddi söhbət aparmalıyıq".
|