Xəbər verdiyimiz kimi, Gürcüstanda təlim-məşq toplanışında olan "İnter" bu gün ilk yoxlama qarşılaşmasını keçirdi. Gürcüstanın "Dila"(Qori) komandasıyla keçirilən qarşılaşmanın birinci hissəsi "İnter"in üstünlüyü şəraitində başa çatdı. Girts Karlsons iki dəfə rəqibi mərkəzdən başlamağa vadar etdi. İkinci hissədə baş məşqçi Kaxaber Tsxadadze heyəti dəyişdirdi və oyun ərzində komandamızın hesab arasında fərqi daha da artırmaq şansları oldu. Lakin rəqib komanda sonrakı dəqiqələrdə üstünlüyü ələ keçirərək matçın taleyini öz xeyirlərinə həll etməyi bacardı. Hesabda tarazlığı yaradan "Dila" oyunun sonlarına yaxın 3-cü qolu vurnağa nail oldu. Beləliklə, matç 3:2 hesabıyla yerli komandanın xeyrinə başa çatdı. Xatırladaq ki, komandamız ikinci yoldaşlıq matçını sentyabrın 3-də yerli "VİT Georgia" komandasına qarşı keçirəcək.
|