"İnter” komandasının 2011-ci ildə keçirdiyi oyunların statistik hesabatını hazırlamışıq.Maraqlıdır ki, "İnter” ilə 2011-2012-ci il mövsümü çərçivəsində fevralın 13-də "Simurq” komandasına qarşı keçirdiyi oyunla başlamış və təqvim ilini də həmin komanda ilə baş tutmuş matçla başa vurmuşdur. Bundan başqa, "İnter” hər iki oyun da eyni hesablı qələbə qazanmışdı-2:0.
Ümumiyyətlə, başa çatmaqda olan ildə "İnter” 37 rəsmi görüş keçirmiş, bunların 31-i Premyer Liqa, 6-ı kubok yarışı çərçibəsində baş tutmuşdur. Bu görüşlərdə komandamız 16 dəfə qələbə əldə etmişdir-13 qələbə çempionat, 3 qələbəsə kubok turniri çərçivəsində qazanılmışdır. "İnter” 14 dəfə meydanı sülhlə tərk etmişdir-12 matç çempionat, 2 qarşılaşmasa kubok yarışı çərçivəsində qeydə alınmışdır. Komandamız 7 dəfə məşlub olmuşdur və 7 qarşılaşmanın 6-ı çempionatın, cəmi 1 məğlubiyyət isə kubok turnirinin payına düşür. Xatırladaq ki, Azərbaycan Kubokunun finalında "İnter” "Xəzər-Lənkəran” komandasına oyunsonrası penaltilərdə məğlub olmuşdur. 37 qarşılaşmada komandamız 35 qol vurmuşdur-(3 qol "Turan” ilə oyundan sonra verilmiş texniki məğlubiyyət nəticəsində hesaba alınmışdır)- 29 qol çempionat,6 qol isə kubok qarşılaşmalarında qeydə alınmışdır. Kaxaber Tsxadadzenin yetirmələri 24 oyunda qol buraxmışlar (3 qol "Bakı” ilə oyundan sonra verilmiş texniki məğlubiyyət nəticəsində hesaba alınmışdır)-23 qol çempionat, 1 qol isə kubok yarışı çərçivəsində vurulmuşdur. Qeyd edək ki, "İnter" 2011-ci ildə ən çox "Xəzər-Lənkəran” və AZAL komandalarıyla qarşılaşmışdır. Belə ki, "İnter” "Xəzər-Lənkəran”la qarşılaşmalarda bu komandanı 2 dəfə məğlub etmiş, 2 dəfə heç-heçə oynamış və 2 matçda "cənublular” güclü qalib gəlmişlər. Bu qarşılaşmada bərabərlik özünün əksini komandaların bir-birilərinin qapılarından keçirdikləri top sayında da tapır-5:5. Eyni sözləri, amma kiçik fərqlə AZAL ilə baş tutmuş oyunlar barədə də demək olar-"İnter”in 1 qələbəsi, AZAL-ın 1 qələbəsi və 4 qarşılaşmada heç-heçə qeydə alınmışdır. Qolların sayı-5:5. Əlavə edək ki, "İnter”in 2011-ci ildə keçirdiyi 37 qarşılaşmada komandamızın heyətində 17 futbolçu rəqib qapısına yol tapa bilmişdir. Legionerlərin aktivində 18 qol, yerli futbolçuların hesabındasa 14 qol var. Qeyd edək ki, "İnter”in 2011-ci ildə ən məhsuldar oyunçular 4 qolla Baçana Tsxadadze, 3 qolla İlia Kandelaki və Samir Zərgərov olmuşlar. "İnter”in heyətində 2 dəfə Danildo Assioli, Vladimir Levin, Girts Karlsons, Elnur Abdulov, Nizami Hacıyev və artıq başqa klublarda çıxış edən Robertas Poşkus. Rövşən Əmiraslanov və David Odikadze fərqlənmişlər.
|