NBC Bank Azərbaycan Kubokunun ¼ final mərhələsinin üç oyunu bu gün keçirildi.”Şəfa” stadionunda "İnter” komandası "Abşeron”un qonağı idi.Keçən oyunla müqaisədə "bankirlər”in əsas heyətində bəzi dəyişiklik edilmiş,baş məşqçi Dmitri Kramarenko,Asif Məmmədov,Fillip Despotovski,Robertas Poşkuş və Kaxaber Mjavanadzeyə şans vermişdi. Oyun "İnter” komandasının hücumları ilə başladı.”Abşeron” komandasının futbolçuları əsasən müdafiə haqqında düşünüb "bankirlər”i əks hücumda yaxalamaq istəyirdilər.Topa "İnter” nəzarət etsə də qarşılaşmada ilk təhlükə "Abşeron”dan gəldi.Ard-arda iki dəfə "İnter” komandasını əks hücumda yaxalayan "Abşeron” hesabı aça bilərdi.Lakin hücumların sonunda Emin Mehdiyevin zərbələrinin qarşısını təcrübəli Dmitri Kramarenko aldı.Bu hücumlara cavab olaraq "İnter” hücum qurur və Dmitri Kruqlovun uzaqdan zərbəsindən sonra top qapının üstündən keçir.Bu epizodun ardınca Robertas Poşkuş hesabı aça bilərdi.Lakin litvalı forvardın qeyri dəqiqliyi bina imkan vermədi.Ümumiyyətlə birinci hissədə "İnter”in yarımmüdafiə xətti zəif təsir bağışladı və bundan istifadə edən "Abşeron” komandası meydanboyu pressinq tətbiq edib "bakirlər”ə hücum qurmağa imkan vermirdilər. İkinci hissəyə "İnter” komandası oyunçu dəyişikliyi ilə çıxır.Meydanda zəif təsir bağışlayan Asif Məmmədovun yerinə meydana Baçana Sxdadze çıxır.Bu əvəzetmənin ardınca Fillip Despotovskinin yerinə Bronislav Çervenko meydana daxil olur.Bu iki əvəzetmə oyunun axarını dəyişir və "İnter” rəqibin qapısına doğru sıxıb ard-arda hücumlar təşkil etməyə başlayır.Meydanın sağ və sol cinahları ilə hücumlar quran "İnter” üç epizodda hesabı aça bilərdi.Lakin "Abşeron” komandasının qapıçısı Andrey Popoviç iki dəfə Baçana Sxadadzenin və bir dəfə Aleksandr Çertoqanovun zərbələrini dəf edir.Qarşılaşmanın 70-ci dəqiqəsində Robertas Poşkuş yerini Girts Karlsonsa verirvə 80-cı dəqiqədə "bankirlər”in qol ümidi olan latviyalı forvard hesabı açır.Künc zərbəsindən qapı qarşısına göndərilən topu Girts Karlsons effektiv baş zərbəsi ilə qapıdan keçirir (0:1).Vurulan qoldan sonra "İnter” komandası müdafiədə diqqətli oyun sərgiləyib qələbə hesabını qoruyub saxlayır.
|