Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.Meydana ilk öncə paytaxt təmsilçiləri çıxıb. "Şəfa" stadionunda baş tutan oyunda "İnter" AZAL-ı qəbul edib. Hər 2 klubun Avrokuboklara vəsiqə qazanması rəsmiləşmədiyindən bu görüş onlar üçün xüsusi əhəmiyyət kəsb edirdi. Premyer Liqada qonşu pillələrdə olan bu 2 komandanın duelində hesab açılmayıb. Hər şeyə bir həftə sonra keçiriləcək cavab görüşündə aydınlıq gələcək
Kaxaber Sxadadze: "Gözəl oyun sərgilədik, hücumlar qurduq, lakin..."
Azərbaycan kubokunun ilk yarımfinal görüşündə AZAL klubu öz meydanında "İnter"-i qəbul edib. , "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze 0:0 hesabı ilə başa çatan görüşdən sonra bunları deyib: "Oyuna gəlincə nəticəyə görə futbolçulara irad tutmaq düzgün deyil. Gözəl oyun sərgilədik, hücumlar qurduq, lakin top qapıdan keçmədi. Bununla belə, yenə də komandamdan uğur gözləyirəm. Digər tərəfdən həm Premyer Liqanın, həm də ölkə kubokunun sxeminin sıx qurulması bizim oyunlarımıza mənfi təsir göstərir. Bu vəziyyətdə hansı klub daha tez bərpa olunarsa, oyunlara yaxşı köklənərsə, o da lazımi nəticə qazanacaq".
|