Yeni dizayn və yeni ampulada,adda oxucularının xidmətinə yenidən qayıdan bankirlar.tk Keçən ilin yekun vuran zaman komandada ən yaxşıları seçidi.İnter azarkeşləri və eləcə də digər azarkeşlər arasında keçirilən facebook sorğusu nəticəsində ən yaxşıları seçidi.Naminasiyalar müxtəlif ampula oyunçuları və azarkeşindən ibarətdir. İlin ən yaxşı qapıçısı: Sözsüz ki bu ada ən real və tək namizəd Georgi Lomaya oldu.O 18 tur ərzində ideal oyunu ilə bir çox azarkeşlərin ürəyini fəth etməyi və hücumçuların qəniminə çevrilməyi bacarmışdır. İlin ən yaxşı müdafiəçisi: Bu ada iki namizəd layiq görüldü.Arif Daşdəmirov və Valeri Abramidze hər iki oyunçu müdafiənin vuran ürəyi olmaqla yanaşı komandanın hücumlarında da yaxından iştirak edir və hücumlara qoşulmaqla komandaya daha da güc qatıblar. İlin ən yaxşı yarım müdafiəçisi: Bu yerə də iki namizəd layiq görülüb Samir Zərgərov və Asif Məmmədov.Sağ sol cinahların əvəz olunmazları hücumun təməlini quranlar hesab olunur. İlin Ən yaxşı hücumçusu: Ardıcıl 3 oyunda qol vuran xüsusəndə prinsipial rəqiblərin qapı torun sirkələyən Baçana Tsxadadze ilin ən yaxşı hücumçusu seçilib.
İlin ən yaxşı transferləri: Bu ada ən real namizədlər iki oyunçu layiq görülüb.Payızda komandaya qoşulan İbrahima Niasse və "Kəpəz"dən transfer olunan Samir Zərgərov. İlin ən yaxşı azarkeş adına isə "İnter Fan Klub"unun idarə heyyətinin üzvü Nurlan Novruzov layiq görülüb.Oyunlar zamanı çılğınlıqı ilə seçilən Nurlan məhs buna görə bu ada layiq görülüb. İlin ən yaxşı oyunu: Bu oyun seçim zamanı elə də çətinlik çəkilmədi.Evdə "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdiyi oyun ilin ən yaxşı oyunu seçilib. Yeni ildə "İnter"ə uğurlar arzu edirik.Ən azından Avro Liqaya vəsiqə əldə etməsini istərdik. Kənan Quliyev bankirlar.tk üçün
|