Bazar
günü ölkə çempionatının ikinci turunun oyunları keçiriləcək. Bu turun
mərkəzi görüşü Quzanlıda "Qarabağ” – "İnter” arasında oynanılacaq. Bu
oyun öncəsi "İnter"ın iki gürcü futbolçusu İlya Kandelaki və Baçana
Sxadadaze fikirlərini premyerliqa.az saytına bildirdilər.
Öncə,
İlya Kandelaki matç haqda danışaraq məqsədlərinin səfərdən üç xalla
dönmək olduğunu bildirdi: "Oyuna çox yaxşı hazırlaşmışıq. Həm fiziki,
həm də psixoloji cəhətdən oyuna tam hazırıq. Hər hansı bir
çatışmazlığımız da yoxdur. Sadəcə olaraq oyuna çıxıb, öz futbolumuzu
göstərib qələbə qazanmaq lazımdır. Amma qarşılaşmanın saat 6-da
başlaması bir az yaxşı olmadı. Hava çox isti olacaq və futbolçular üçün
çətin olacaq”
Gürcü
futbolçu, builki məqsədlərindən də danışmağı unutmadı: "Bu mövsüm
komanda ilə məqsədlərim böyükdür. Bir çox ölkələrdən təkliflər var idi.
Ancaq getmək istəmədəm. Çünki burada oynamaq mənə rahatdır. Hazırki
heyətimiz də yaxşıdır. Çempionluğa oynaya bilərik. İlk turda qələbə
qazandıq. "Qarabağ” matçında da qələbəyə oynayacağıq. İlk iki turu
qələbə ilə başa vurduqdan sonra komandada özünə inam güclənəcək. Turlar
keçdikcə "İnter” daha əla formaya gələcək”
Baçana
Sxadadze: "İlk turda qol imkanlarından yararlana bilmədim. "Qarabağ”la
oyunda baş məşqçi mənə güvənib meydançada buraxsa, qol hesabımı açmağa
çalışacağam. Qələbəyə köklənmişik, ümidvaram ki, qələbə qazanacağıq”