"Beynəlxalq Bank”ın rəhbəri, son Azərbaycan çempionu "İnter”in idarə heyətinin sədri Cahangir Hacıyev komandasının "Birlik Kuboku”nun finalında Belarus "Şaxtyor”u üzərindəki qələbədən sonra "bankirlər”in paltardəyişmə otağına baş çəkib. Azerisport.az xəbər verir ki, o, komanda üzvlərinə müraciəti zamanı bunları dilə gətirib:
"Mən sizi qələbə münasibətilə təbrik edirəm. Dünən mən ölkə prezidenti İlham Əliyevlə danışdım. O, Ermənistan "Mika”sı üzərindəki qələbəyə görə öz təbriklərini göndərdi və qeyd etdi ki, sizin çıxışınızdan razıdı
Hafiz Məmmədov İnter klubunu təbrik etdi "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov "İnter" klubuna "Birlik Kuboku"nu qazanması münasibəti ilə təbrik məktubu ünvanlayıb. Azerisport.az xəbər verir ki, paytaxtın eyniadlı klubunun rəhbəri məktubunda bunları vurğulayıb:
"Azərbaycanının "İnter" klubunun Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ənənəvi "Birlik Kuboku"nun finalında əldə etdiyi qələbə bütün Azərbaycan futbolsevərləri kimi bizi də hədsiz sevindirdi. "İnter" ölkəmiz adına layiqli mübarizə apararaq "Birlik Kuboku"nu qazandı, Azərbaycan bayrağını yüksəltdi və himnimizi səsləndirdi.
Əlbəttə ki, bu böyük uğurun tərkib hissəsi olaraq "İnter" klubunun turnirin 1/4 finalında Ermənistan təmsilçisi "Mika" üzərində əldə etdiyi 4:0 hesablı möhtəşəm qələbə uzun müddət yaddaşlardan silinməyəcək.
Mən bir klub prezidenti və AFFA İcraiyyə Komitəsinin üzvü kimi "İnter" idman klubunu "Birlik Kuboku"nu qazanması münasıbəti ilə təbrik edir, Azərbaycan klubuna gələcək yarışlarda uğurlar arzulayıram".
Rövnəq Abdullayev də İnter`i təbrik etdi Son Azərbaycan çempionu "İnter” klubunun Rusiyada keçirilən "Birlik kuboku”nun qalibi olması münasibətilə AFFA-nın prezidenti Rövnəq Abdullayev də fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, futbol qurumunun rəhbəri təmsilçimizin uğuruna belə münasibət bildirib:
"İnter” klubunu "Birlik kuboku”nda qazandığı qələbə münasibətilə Azərbaycan futbol ictimaiyyəti adından təbrik edirəm. "İnter” turnir ərzində keçirdiyi bütün oyunları qələbə ilə başa vuraraq kuboku qazanmağa layiq olduğunu nümayiş etdirdi. Ümid edirəm ki, "İnter” bundan sonra da beynəlxalq turnirlərdə yüksək səviyyədə çıxış edərək, qazandığı qələbələrlə hər birimizi sevindirəcək”.
Xatırladaq ki, "Birlik kuboku”nun 1/2 final mərhələsində keçirilən "İnter” – "Zenit” oyunundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev «İnter»in üzvləri ilə görüşmüş, qazandığı qələbələr münasibətilə komandanı təbrik edərək, uğurlar arzulamışdı.
|