Müsahibimiz
"İnter”in əvəzedici heyətinin yarımmüdafiəçisi Əbülfəz Hüseynlidir.Müsahibəni təqdim edirik.
-Altı ay zədəli qaldın, indi məşqləri davam etdirməyə hazırsanmı?-Altı
ay zədə üzündən məşqlərdən uzaqlaşmışdım, oyunlara qatılıb komanda
yoldaşlarıma kömək edə bilmədim. Qusarda keçirilən yay təlim-məşq
toplanışındasa bərpa məşqlərinə başlamışam, həm də heç bir ağrı hiss
etmirəm. İkinci təlim-məşq toplanışında komandayla bütün məşqlərə
qatılacağam və qarşıdan gələn mövsümdə komanda üçün məhsuldar futbolçu
olmağa çalışacağam. -Komandaya yeni qatılan oyunçular haqqında nə düşünürsən? -Bəyəndiyim
3-4 futbolçunun adını çəkə bilərəm, onlar məşqlər zamanı düz
otürmələrilə və yoldaşları başa düşməklərilə fərqlənirlər. Digərlərini
nəzərə alsaq ki,"İnter” UGFM-indən gəliblər, o zaman onlara ruhdan
düşməməyi məsləhət görürəm. Düşünürəm ki, onların gələcəyi irəlidədir. -Baş məşqçinin keçdiyi məşqlərdən razısanmı? -Bəli
razıyam. Tofik müəlim (Tofiq Mustafayev-www.inter.az) gələndən sonra
yüksək səviyyəli məşqləri keçirik və bu da komandanın növbəti mövsümdə
layiqli iştirak edəcəyinə zəmanət verir
|