Komandanızın ilk dövrədəki çıxışını necə qiymətləndirirsiz? - Son vaxtlar pis oynamırıq. Nəticədə də üçüncüyük. Başlanğıc üçün yaxşı nəticədi. Bütün oyunlarda qələbə qazanmağa çalışırıq. Hərdən alınır, hərdən yox. Əgər üçüncüyüksə, deməli buna layiqik. Amma bununla kifayətlənmək istəmirik. Birinci pilləyə çıxmağa çalışmaq lazımdı. - Sonuncu dəfə uduzduğunuz yadınızdadı? - Deyəsən, avqust ayında. - Bəli. Artıq 8 oyundu uduzmursuz... - Seriya uzun da ola bilərdi. Əgər "Bakı”ya məğlubiyyət olmasaydı. Amma bu, artıq keçmişdədi. - Bunun acığına hamını udmağa çalışırsız? - Həmin hadisə bizə yaxşı mənada kömək etdi. Motivasiyamız daha da artdı.. İndi hamıya necə yaxşı komanda olduğumuzu göstərmək istəyirik. - Növbəti turda sizi "Turan”la oyun gözləyir... - Birinci turda onları öz meydanımızda çətinliklə məğlub etmişdik. Bu dəfə də ağır olacaq. Həmin oyundan yeganə fərqi onda olacaq ki, bu dəfə Tovuzda qarşılaşacağıq. Heç ordakı qazonun hansı vəziyyətdə olduğunu da bilmirəm. - Komandanız ilk altılıq komandalarına qarşı daha yaxşı mübarizə aparır... - Bunun səbəbini söyləmək çətindi. Güclü komandalara qarşı həmişə yaxşı oynamağa çalışırıq. - Hesab etmirsiz ki, "Rəvan”la son oyunda daha çox bəxtiniz gətirdi?
- Mən deməzdim ki, zəif çıxış etdik. Hesab 2:0 olanda daha çox qol vura bilərdik. Bunu etsəydik, matçın sonu elə gərgin alınmayacaqdı. Digər tərəfdən "Rəvan” yüksəlişdədi. Yəqin ki, indi bir qədər sakitləşdilər. azerisport.az
|