Dünən Premyer Liqanın növbəti turundan "Neftçi" "İnter"i qəbul edirdi.Paytaxt derbisində adına yaraşan mübarizə getdi.Oyundan sonra "İnter"in hücumçusu Girt Karlsonsla ayaq üstü müsahibə aldıq indi sizə təqdim edirik. Girt Karlsons:Oyundan öncə bu oyuna çox ciddi hazırlaşmışdıq.Keçirdiyimiz oyunlarda xeyli xal itkisinə yol vermişdik və getdikcə çempionluq yarışmasından geridə qaldığımızı bildirdik.Üstəlik "Neftçi"ilə ev oyununda məğlub olmuşduq və bir revanş oyun kimi meydana çıxmışdıq.Birinci hissədə bir neçə real qol imkanlarımız oldu lakin dəyərləndirə bilmədik.Deyərdim ki bu oyunda futbol bəxti "Neftçi"nin tərəfində desəm yanılmaram.Qoldan sonra oyuna nəzarəti əlimizdə saxladıq lakin cərimə zərbəsindən vurulan qol bizi 3 xaldan məhrum etdi.Deməzdim pis nəticədi xeyir."İnter" getdikcə öz oyununu tapır və əvvəlki adını özünə qaytarır."İnter"i çempionluq marafonundan silənlər yanılacaqlar.Növbəti turlarda yaxşı oyun və nəticə əldə edəcəyimizə inanıram.
müxbir:Rəşad Quliyev
|