"Qafqazın ən güclü komandalarından birinə qalib gəldik. "İnter” "Xəzər Lənkəran”dan üstün oyun nümayiş etdirdi və qələbəyə layiq olduğunu sübut etdi. Gənc futbolçularımız Azərbaycanın ən yaxşı komandalarından birinə qarşı mübarizədə nəyə qadir olduqlarını göstərdilər. Düşünürəm ki, bu oyunda "İnter” rəqiblə müqayisədə güclü oyun göstərdi.”
Klub prezidenti komandanın şanslarını da dəyərləndirib: "Çempionat hələ yeni başlayıb. Qarşıda uzun marafon var. Gələcəyə nikbin baxıram. Hələ ki, biz çempionluq haqqında düşünmürük. Əsas məqsəd hər bir qarşılaşmada gözəl oyun nümayiş etdirməklə yanaşı qələbə qazanaraq azarkeşlərimizi sevindirməkdir. Çempionluq isə bizim yüksək səviyyəli oynumuzdan asıldır”. supersport.az
|