Unibank Premyer Liqasının IX-cu turunda "Azal" komandasına məğlubiyyətə "İnter" komandasının ptezidenti Georgi Nikolov fikirlərini bildirib.
Klub rəhbəri, AZAL-a böyükhesablı məğlubiyyətdən danışıb: "0:5 hesablı məğlubiyyətə görə, çox məyusuq. Ancaq qarşıda uzun marafon var, heç nə itirilməyib. Komandamız iddiasından əl çəkmək niyyətində deyil. Həyat və mübarizə davam edir. Son məğlubiyyətə görə komandamız sınmamalıdır".
"İnter"in prezidenti istefa məsələsinə münasibət bildirib: "İstefadan söhbət gedə bilməz. Mənimlə birgə baş məşqçi fəaliyyətini davam etdirir". Məğlubiyyətin səbəblərini açıqlamayan Georgi Nikolovun sözlərinə görə, baş məşqçi Kaxaber Sxadadze ilə mövcud durum ciddi müzakirə olunub: "Sxadadze ilə görüşdə məğlubiyyətin səbəblərini müzakirə etdik. Komandanın uduzması ona çox pis təsir edib. Sxadadzeni sakitləşdirdim, mənəvi dəstək oldum. Onu güllələməli deyilik ki? Mətbuatın da bu məsələni şişirtməməsini istərdim. Növbəti oyunlara köklənmək lazımdır". Klubun sahibi Cahangir Hacıyevlə komandanın durumu haqda danışmadıqlarını söyləyən G.Nikolov, bunu onun səfərdə olmasıyla əlaqələndirib.
|