"İnter”in prezidenti Georgi Nikolov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 3-cü turunun "Bakı” ilə qalmaqallı oyunundan danışıb.
- Meydanı tərk etmək qərarını bütün futbolçularınız qəbul etdilər? - Mən indi oyunçuların adından danışa bilmərəm. Qərar qəbul olundu, onlar da tabe oldular. - Onların meydanı tərk etməsi haqda qərarı siz verdiniz? - Bəli.
- Bəs siz təsəvvür edirsiz ki, komandanı buna görə hansı sanksiyalar gözləyir? - Bəli, təsəvvür edirəm. Amma indi şəxsi qərarımızı bildirmək istəyirik. Bu, emosiyalardan doğan bir qərar deyildi.
- Siz sadəcə Georgi Lomayanın meydandan qovulmasına etiraz olaraq bu addımı atdınız? - Xeyr. Bütün oyun boyu baş verənlərə görə. Hakimlər briqadası birtərəfli qaydada hakimlik aparmaqla sifariş yerinə yetirirdi.
- Hansı sifarişi nəzərdə tutursuz? - Bilmirəm. Amma bu, sifarişli hakimlik idi. Mən buna özüm cavabdehəm.
|