"Son oyunlarda bəxtimiz gətirmir və bunu izah etmək çox çətindi. Qol vəziyyətləri yaradırıq, amma reallaşdıra bilmirik. "Muğan" bizim səhvlərimiz nəticəsində cəmi 1-2 təhlükəli vəziyyət yaratdı, ancaq qol vura bildi"."İnter"in qapıçısı Georgi Lomaya deyib.Gürcü qolkiper klubun rəsmi saytına açıqlamasında vəziyyətdən çıxış yolunu göstərib: "Bizə yüksək səviyyədə, deyərdim ki, dönüş yaradan bir oyun lazımdı. Sonra hər şey öz yerini tapacaq. Əminəm ki, biz bunu bacarıb, irəliyə gedəcəyik".Lomaya "Qaraağ"la qarşıdakı oyunla bağlı da fikirlərini bildirib: "Qarabağ" yaxşı, ambissiyalı, həmişə yalnız çempionluğa istiqamətlənən komandadı. Qara zolağa düşmələri əlbətdə ki, işimizi çətinləşdirir. Bu komandaya qarşı oynamaq həmişə çətin olur. Onlar öz oyunlarını diqtə etməyə çalışırlar. Meydanın hər güşəsində müarizə aparırlar. Bizi çox ağır oyun gözləyir".
inter.az
|