"İnter”in qapıçısı Georgi Lomaya UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın "Asteras” klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində, o, Tripolisdə baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib: "Bizə cavab matçında daha diqqətli oynamaq lazımdı. Erkən qol vurmağımız pis olmazdı. Bu, bizim işimizi çox asanlaşdırardı. Perronenin meydandakı hər hərəkətini nəzarətdə saxlamaq lazımdı. O, çox təhlükəli hücumçudu. Penalti seriyası? Mən ona da hazıram”. Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə iyulun 26-da Tripolisdəki "Asteras Tripolis” stadionunda keçiriləcək və saat 22:00-da başlayacaq. Mənbə:agligoylu.tk
|