Sabah keçiriləcək Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyununda "bankirlər" "Turan"ı qəbul edəcək.Bu oyun haqda bizimlə fikirlərini paylaşan gürcü qapı qoruyucusu Georgi Lomaya bunları dedi: "Sabah bizi çətin oyun gözləyir Premyer Liqa oyununun hər ikisində biz rəqibimizdən üstün olmuşuq.Lakin Kubok oyunu Premyer Liqa oyunu deyil "Turan" var qüvvəsini meydanda qoyacaq.Amma düşünürəm ki biz bu oyunda qalib gələn tərəf olacağıq çətin olsa belə.Biz daha çox irəlləmək istəyirik.İnanıram ki yenə də finalda oynayan biz olacağıq.Artıq neçə dəfədir ki final oynayıb əli boş qalırıq.Buna son qoymanın zamanıdı.İlk olaraq "Turan" sonra digər rəqiblər və final bax mən bunu istəyirəm" Farix Xəlili agligoylu.tk üçün
|