"İnter”in qapıçısı Giorgi Lomaya bizimlə söhbətində "Qarabağ”la keçirilən oyun barədə danışdı və AZAL ilə baş tutacaq matç haqqında fikirlərini bölüşdü.
-Öncə "Qarabağ”la keçirilən oyun barədə fikirlərini bilmək istərdik... -"Qarabağ”la oynamaq həmişə çətindir, təkcə bizə deyil, digər komandalara da çətindir. Düşünürəm ki, bazar günü baş tutmuş oyunun nəticə qanunauyğundur. Hər iki komandanın hesabı açmaq şansları yarandı, lakin heç-heçə hər halda ədalətli nəticə oldu. -Son zamanlar "Qarabağ”ı "İnter” üçün ən çətin rəqib adlandırmaq olar. Artıq 5 oyundur komandamız ağdamlıların qapısına yol tapa bilmir... -Doğrusu, neçə oyundur "Qarabağ”ın qapısındna top keçirə bilmədiyimizi hesablamamışam, lakin hər seriyanın sonu olur. Əgər əvvəlki oyunlarda qol vura bilməmişiksə, deməli, növbəti oyunda mütləq qol vurarıq. -Amma heç-heçə "İnter”i turnir cədvəlində 2-ci yerə yüksəltdi... -Əsas odur ki, biz irəliyə doğru addımlayırıq. Bütün komandalarla belə ruhda oynamağı davam etdirsək, o zaman əminəm ki, mövsümün sonunda bizi yaxşı nəticə gözləyəcək. -"İnter”in çətin oyunlar seriyası davam edir və qarşıda komandanı AZAL ilə matç gözləyir. Bu komandayla keçiriləcək oyun barədə nə deyə bilərsən? -Bütün oyunlar bizim üçün çətindir. Hətta qalib gəldiyimiz oyunlarda da 3 xal böyük zəhmət hesabına əldə edilir. Autsayderlərlə oyunlarda da yüngül qələbələrimiz olmur. Bizim üçün AZAL-a və ya "Qarabağ”a qarşı oynayacağımızın fərqi yoxdur. Biz bütün rəqiblərə qarşı eyni səviyyədə köklənirik və meydana qələbə ardınca çıxırıq. -Bu mövsüm çempionat kifayət qədər qalmaqallı alınır. Demək olar ki, hər turda müxtəlif ziddiyyətli hadisələr baş verir... -Bilirsiniz, bunu şərh etmək istəmirəm, ona görə ki, kompetensiyama daxil deyil. Futbolçuların vəzifəsi meydana çıxmaq və oynamaqdan ibarətdir, digər məsələlərisə başqa şəxslər həll etməlidirlər.
|