Главная » 2011 » Aprel » 19 » Georgi Lomaya:Danışsam da, dilinizi yaxşı bilmirəm
18:54 Georgi Lomaya:Danışsam da, dilinizi yaxşı bilmirəm |
Son ölkə çempionu "İnter”in qapıçısı Georgi Lomaya komandasının cari mövsümkü çıxışının niyə belə zəif alınmasından danışıb.- Ötənmövsümkü çempionluqla müqayisədə bu mövsüm "İnter” çox zəif təsir bağışlayır...- Buna bir sıra səbəblər var. Təəssüf ki, bunun əsas səbəblərindən biri hakimliklə bağlı problemlərdi. Bəzi oyunlarda bu, daha qabarıq şəkildə özünü göstərir. Məncə, bu fikirlərlə çoxları razılaşar. - Amma bütün oyunlarda uğursuzluğa görə hakimliyi səbəb göstərmək də düz olmazdı. Hər halda "altılıq” mərhələsində bir dənə də qol vura bilməmisiz... - Hər şey "Xəzər Lənkəran”a qarşı ev oyunundakı məğlubiyyətdən (1:3) sonra başladı. Düzdü, son turlar yaxşı oynamağa başlasaq da, qələbə qazana bilmirik. Artıq demək olar ki, oyunumuzu tapmışıq. Məncə, bizə hər şeyin yoluna düşməsi üçün bircə qələbə bəs edər. - Bəs qalan oyunlarla bağlı nəsə ümidiniz varmı? - Biz öz titulumuzu qoruya bilməyəcəyik. "Neftçi”nin qızıl medalları qazanacağına çox az adam şübhə edir. İndi daha çox avrokuboklara vəsiqə qazanmaq barədə daha çox düşünürük. Hər halda bu yolda ikinci dövrə həlledici olacaq. Hələ bu yöndə kimin hansı aqibəti yaşayacağı tam dəqiqləşməyib. Hətta "Neftçi” də arxayınlaşa bilməz. - Sizin avrokuboklara Azərbaycan kubokunu qazanmaqla da düşmək şansınız var... - Bu, ən yüngül yoldu. Amma bu, o demək deyil ki, biz artıq Premyer Liqaya heç bir önəm vermirik. İlk növbədə buna çempionatda nail olmağa çalışacağıq.
- Yarımfinaldakı rəqibinizdən – AZAL-dan çəkinirsiz? - Xeyr. Bu güclü komandadı. Hansı ki, artıq öz gücünü göstərə bilib. Bu mövsüm biz hələ onlara qalib gələ bilməmişik. Onlarla oyunlarda niyə qələbə qazana bilməməyimizin səbəblərini izah etmək mənim üçün çətindi. Amma istənilən halda artıq qələbə qazanmaq, revanş götürmək vaxtıdı. - "İnter” "Bakı”dan sonra ilk altılığın ən çox qol buraxan komandasıdı... - Bu, artıq bütün komandanın problemidi. Necə oynayırıqsa, elə də buraxırıq. Heç özüm də bilmirəm bunun səbəbini necə izah edim. Amma bu, o demək deyil ki, qol buraxırıqsa, bunda yalnız qapıçı və müdafiəçilər günahkardı. Buna görə bütün komanda cavabdehlik daşıyır. - Yeri gəlmişkən, siz meydanda tez-tez azərbaycanca danışırsız... - Danışsam da, dilinizi yaxşı bilmirəm. Sadəcə bir neçə futbol terminini öyrənmişəm. Hərdən istifadə edirəm.mənbə azerisport.az
|
Категория: agligoylu.tk (Eksklüziv Müsahibələr) |
Просмотров: 384 |
Добавил: hesen-zade
| Рейтинг: 0.0/0 |
|