Xəzər Lənkaranla oyunda belə start gözləyirdin?
Düzün desəm yox onlar çox cəld iki qol vurdular və sonra bizə çətin oldu.
Vurulan 2 qolda sənin günahın var idi?
Hə var idi gərək mən qabağa çıxmazdım.Gərək səhflərimiz üstə işləyək.
Komanda "6 lığa" dördüncü yerdə daxil oldu bu haqda nə deyə bilərsən?
Biz altılığdayıq və bu vacibdir İndi hər şey bizim üzərimizə düşür və hər şey bizim əlimizdədir.Çalışıb yaxşı oyun sərgiləyək.Və medallar uğrunda mübarizə aparaq.
Sabahkı oyun haqda nə deyə bilərsən?
Abşeron çox yaxşı və maraqlı komandadır.Birinci liqada çox uğurla çıxış edir.Demək olar ki Premyer Liqaya keçmələrinə az qalıb.Buna görə də oyun çox gərgin keçəcək və bu oyuna biz ciddi hazırlaşmışıq iki oyunda ibarət olsa belə.
Sənin fikrincə İnter finala qədər gedə biləcək?
Çalışacağıq ki bunu edək.Hər halda buna gücümüz var.
Ümumiyyətlə sənin fikrincə İnter bu il hansı uğura nail olacaq?
Bizim həttə çempion olmağ şansımızda var və buna doğru can atırıq.Hər halda Avro Liqa vəsiqəsin özünə təmin edəcək
müxbir Cəmil Xəlili
|