Bu gün İnter fan klubunun ofisində fanklubun rəhbərliyi və idarə heyət üzvlərinin növbədənkənar iclası keçirilib.İclası giriş sözü ilə açan fanklubun prezidenti Ruslan Muradov iclas iştrakçılarını salamlayıb gündəlikdə Unibank Premyer Liqasının XXVI-cı turu çərçivəsində keçirilən "İnter”-"Neftçi” oyunu və bu oyunun baş hakimi Əfqan Həmzəyevin bərbad idarəçiliyi olduğunu bildirdi.İdarə heyət üzvlərindən Eldar Məmmədov,Əhməd Manafov və Əziz Şiriyev birağızdan Əfqan Həmzəyevin idarəçiliyindən narazı olduqlarını və qarşılaşmanı birtərəfli idarə etdiklərini bildiriblər.Bundan sonra söz alan fanklubun ictimayyətlə əlaqələr üzrə koordinatoru Elçin Həsənov məhz Əfqan Həmzəyevin idarə etdiyi oyunlardan sonra daim qalmaqal yaşandığını,bu qalmaqlların məhz "Neftçi” komandasının iştrak etdiyi oyunlarda Əfqan Həmzəyevin "Neftçi” komandasının lehinə verdiyi səhv qərarlar ilə bağlı olduğunu iclas iştrakçılarının nəzərinə çatdırdı.Sözünün ardında Elçin Həsənov FİFA və UEFA qərərgahlarına rus və inglis dillərində məktubların ünvanlanmağını və bu məktuba "İnter”-"Neftçi” oyununda Əfqan Həmzəyev tərəfindən qəbul olunan qərəzli qərarların videogörüntülərinin diskini göndərilməsinin vaacibliyini bildirib. Sonda İnterfanklubunun rəhbərliyi və idarə heyət üzvləri tərəfindən təklif olunan fikirlərlə razı olduqlarını,”İnter”-"Neftçi” oyunu ilə bağlı bəyanat yayması və bəyanatın bir nüsxəsini AFFA və PFL rəhbərliyinə göndərilməsi barədə qərarar qəbul olundu.
İnterfanklubunun bəyanatı.
1. Unibank Premyer Liqasının XXIII-cü turunda keçirilən "Bakı”-"Neftçi” qarşılaşmasında oyunun nəticəsinə təsir edən səhv buraxan Əfqan Həmzəyev XXVI-cı turda "İnter”-"Neftçi” oyununa hansı əsasla təyinat alır.
2. "İnter”-"Neftçi” oyununun 9-cu dəqiqəsində "İnter” komandasının futbolçusu Rövşən Əmiraslanovun baş zərbəsindən sonra qapıya gedən top "Neftçi” komandasının müdafiəçisi Denis Silvanın əlinə dəysə də Əfqan Həmzəyevin fiti susur.
3. Oyununun 17-ci dəqiqəsində "Neftçi” komandasının yarımmüdafiəçisi Flavinyo "İnter” komandasının yarımmüdafiəçisi Fillip Despotovskiyə ayaqla zərbə endirir.Əfqan Həmzəyevin gözü qarşısında baş verən hadisədə baş hakim Flavinyoya qırmızı vərəqə göstərmir.
4. Oyunun birinci hissəsinin əsas vaxtına 1 dəqiqə əlavə olunduğu bir halda əlavə olunmuş vaxt 3 dəqiqə 50 saniyə oynanılır.
5. "İnter” komandasının üç dəfə təşkil etdiyi əks hücum Əfqan Həmzəyevin yersiz fit verməsi və hücum edən komandanın lehinə cərimə zərbəsi təyin etmək ilə dayandırılır.
6. "İnter” komandasının təşkil etdiyi iki əks hücum Əfqan Həmzəyevin yalnış ofsayd qərarı verməklə dayandırılır.
7. Oyun ərzində ikili mübarizələr zamanı bütün cərimə zərbələri "İnter” komandasının əlehinə təyin olundu. 8. Üzümüzü AFFA və PFL rəhbərliyinə tutub bu bəyanatın rəsmən cavablanmasını tələb edirik.
interfan.az
|