Bakının "Neftçi” komandasıyla iyunöncəsi komandamızın qapıçısı Georgi Lomaya suallarımızı cavablandırdı.
-Georgi, "Neftçi” ilə oyun barəsində nə düşünürsən?
-Yaxşı komanda ilə yaxşı oyun olacaq. Fikirləşirəm ki, azarkeşləri maraqlı oyun gözləyir.
-Proqnozun nədir?
-Proqnoz verməyi xoşlamıram. Biz meydana qalib gəlmək üçün çıxacağıq. Onlar da yəqin həmçinin bu məqsədlə matça hazırlaşırlar.
-Sənin üçün mövsüm yaxşı başlayıb. İlk üç oyunda qol buraxmamısan. Bu nəticəni qorumağa ümid edirsənmi?
-Bu, təkcə mənim yox, həmçinin müdafiəçilərin və ümumyyyətlə, bütün komandanın xidmətidir. Çalışacağıq elə edək ki, bu xoş ənənəni davam etdirək.
|