Главная » 2011 » May » 12 » Asif Məmmədov:Bu qolla sübut edə bildim ki, onlara xeyir verə bilərdim.
15:23 Asif Məmmədov:Bu qolla sübut edə bildim ki, onlara xeyir verə bilərdim. |
"İnter”in yarımmüdafiəçisi Asif Məmmədov saytına müsahibəsində komandasının çıxışından, "Xəzər Lənkəran”la kubokun final matçındakı şanslarından və cənub təmsilçisinə mümkün qayıdışından danışıb.
- Kubokun finalında sizi "Xəzər Lənkəran”la – keçmiş komandanızla oyun gözləyir... - Deməli, maraqlı oyun olacaq. Həm bizim, həm də azarkeşlər üçün. Ümid edirəm ki, lənkəranlıları məğlub edə, kuboka sahib çıxa biləcəyik.
- Bəs siz finalda lənkəranlıları görmək istəyirdiz, yoxsa "Bakı”nı? - Düzünü deyim ki, mənim üçün rəqiblərimizdən hansının finala çıxmasının fərqi yox idi. İstənilən halda final matçı maraqlı və çətin olacaq.
- Sonuncudan əvvəlki turda məhz lənkəranlılarla qarşılaşmışdız. Onlara qarşı oynamaq necədi? - Biz rəqibdən daha yaxşı oynamışdıq. İlk hissədə rəqibi tam olaraq qapısına sıxışdırmışdıq. Rəqibimiz yalnız fasilədən sonra özünə gələ bilsə də, qapımız qarşısında ciddi təhlükəli vəziyyətlər yarada bilmirdi. Düzdü, hər iki komandanın başqa qol şansları da var idi. Amma "Xəzər Lənkəran”ın qapısı önündə daha çox qol vəziyyətləri olurdu. Sadəcə ikinci qolu vura bilmədik. Demək olar ki, "İnter” həmin oyunda iki xal itirdi.
- Həmin oyunda lənkəranlılar bəzi əsas heyət oyunçularını meydana buraxmamışdı. Bəlkə, "İnter”in daha yaxşı təsir bağışlaması bununla bağlı idi? - Birinci hisədə onlarda Julius Vobayla Uinston Parks oynamırdı. İkinci hissədə isə Parks meydana çıxdı. Artıq kimin əsas heyətdə oynaması onların işidi. Düşünmürəm ki, bizim oyunumuz rəqibin kimlə oynamasından asılıdı. İkinci hissədə mən də, Robertas Poşkus da əla qol şanslarını qaçırdı. Əgər həmin anda daha bir qol vura bilsəydik, XL xalsız qalacaqdı.
- XL sizin sabiq klubunuzdu. Yəqin ki, buna görə onlara qarşı xüsusi motivasiya ilə çıxırsız... - Mənim üçün də adi bir oyun idi. Heç bir xüsusi köklənmə yox idi. Əsas olan qələbə qazanmaq idi ki, ona da nail ola bilmədik. Təbii ki, sabiq klubuna qol vurmaq sevindiricidi. Hamı bilir ki, mən "Xəzər Lənkəran”a məxsus olsam da, "İnter”də icarə əsasında çıxış edirəm.
- Mirça Rednik bildirir ki, siz "Xəzər Lənkəran”ın heyətində elə yaxşı oynamırdız... - Yaxşı oynamaq üçün şans qazanmaq lazımdı. Lənkəranda mən bir qayda olaraq ehtiyatda qalırdım. Futbolçu özünü meydanda hiss etməlidi. Ehtiyatda qalan futbolçu özünü göstərə bilməz. Meydana çıxmayan futbolçu necə inkişaf edə bilər? "İnter”də isə hər şey tam fərqlidi. Lənkəranda təsadüfi hallarda 15-20 dəqiqə oynamaq imkanım olurdu. Burda isə daha çox əsas heyətdə meydana çıxıram və ümidləri doğrultmağa çalışıram.
- Vurduğunuz qolla XL-a nəyisə sübut etmək istəyirdiz? - Bu, mənim işimdi. Mən qol vurmalıyam. Burda hansısa prinsipiallıqdan söhbət getmir. Çünki XL rəhbərliyi ilə gözəl münasibətlərim var. Sadəcə qol mənə ikiqat sevinc gətirdi. Hesab edirəm ki, o vaxt lənkəranlılar məni layiq olmadığım halda transferə çıxardılar. Bu qolla sübut edə bildim ki, onlara xeyir verə bilərdim.
- Müqavilə ilə XL-a məxsussuz. Onlar sizi geri qaytarmaq istəsə, qayıdacaqsız? - Nə edə bilərəm ki? Müqavilə ilə onlara məxsusam və onlar necə istəsə, elə də olacaq. Əgər lazım bilsələr, geri qaytaracaqlar. Cənublularla müqaviləmin müddəti 2012-ci ilə qədərdi.
azerisport.az
|
Категория: Müsahibələr |
Просмотров: 400 |
Добавил: hesen-zade
| Рейтинг: 0.0/0 |
|