"İnter"in Azərbaycan futboluna heç bir aidiyyatının olmadığını eşitmək ayrı, komanda daxilində qovğaların səngimədiyini yazmaq lap ayrı bir dərddi bu klubun rəhbərliyi və himayədarı üçün. Hətta topdaşıyanları arasında mübahisə yarandığını, bununla klubun maxinasiyaya yol açdığını yazıb kimlərinsə tapşırığıyla "İnter"i "silkələmək" və öz adamlarını ora pərçimləmək istəyənlərin nəzərinə: klubda, təəssüf ki, hər şey normal imiş. Georgi Nikolovdan aldığımız açıqlamada belə dedi: "Sxadadze burda olduğu müddətdə komandanı altılıqdan aşağı yuvarlanmasına qoymayıb, əksinə həmişə liderlik uğrunda yarışmışıq, elə isə niyə biz onu burdan qovmalıyıq? Yox, bu təxribatçı qüvvələrin işidi. "İnter" haqda istənilən təəssürat yaratmaq olar, ancaq reallığı görmək istəyən bir gün gəlib buranı müşahidə etsin, görsün vəziyyəti". Klub prezidenti deyir ki, gürcü mütəxəssislə aralarında heç bir problem yoxdu, əksinə dostdular: "Mən Sxadadze ilə dostam. O öz işini bilən və ən xırda detala belə peşəkarca yanaşan biridi, deməli, yararlı məşqçidi. Yaxın gələcəkdə onun burdan gedişi gözlənilmir".
www.futbolpress.az
|