"İnter”PİK-in prezidenti Georgi Nikolov bizimlə
söhbətində klub rəhbərliyinin və inzibati heyətinin mövsümarası dövrü necə
keçirməsi barədə ətraflı məlumat verdi, "Şəfa” stadionunda aparılan təmir
işləri haqqında söhbət açdı, komandanın ambisiyaları barədə danışdı və yayda
Azərbaycanın bəzi klubları ətrafında baş vermiş hadisələrə də münasibətini
bildirdi.
-Öncə
bilmək istərdik ki, "İnter” PİK yeni mövsümə hazırlığı necə keçirir? Biz
bilirik ki, komanda hazırda təlim-məşq toplanışındadır. Maraqlıdır, klub
rəhbərliyi və inzibati heyət mövsümarası dövrü necə keçirir?
-Demək istəyirəm ki, Avrokuboklara düşməməyimiz
sözün yaxşı mənasında ambisiyalarımıza yenidən nəzər salmağımıza imkan yaratdı.
Əlavə edim ki, fasilə etmək və dincəlmək mümkün oldu.
Bəli, dediyiniz kimi, komandamız hazırda növbəti
mövsümə fəal şəkildə hazırlaşır. Biz isə Bakıda yalnız əsas komandanın deyil, "Inter”PİK-in
digər komandalarının da fəaliyyətinin daha yaxşı təşkil olunması üzərində
çalışırıq. Biz çalışırıq ki, onlara hərtərəfli dəstək verək və lazımi köməklik göstərək.
Demək istəyirəm ki, hazırda növbəti mövsüm üçün klubun
ümumi büdcəsi tərtib edilir. Biz maliyyə restrukturizasiyası və maliyyə
vəsaitinin daha çox mənfəət əldə ediləcək istiqamətlərə yönəldilməsi
üzərində çalışırıq.
Stadionumuzda hazırda təmir işləri aparılır.
Soyunma otaqları genişləndirilib, mətbuat konfransı zalının ümumi görünüşü
dəyişdirilib. Əsas meydançada qazonu dəyişdirməyi planlaşdırırdıq, lakin
təəssüf ki, bunu həyata keçirmək mümkün olmadı. Belə ki, bizim qazonu
dəyişdirməyə, sadəcə, vaxtımız çatmadı. Bununla belə, avqust ayında əsas meydançada
kosmetik təmir işləri aparacağıq. Meydana müəyyən miqdarda rezin qırıntıları
səpəcəyik ki, bu da qazonun keyfiyyətini hiss olunacaq dərəcədə
yaxşılaşdıracaq.
-Siz "Şəfa”
stadonunda tikinti işləri mövzusuna toxundunuz. Tikinti prosesinin hansı
mərhələdə olduğunu və tikintinin nə vaxt başa çatacağını deyə bilərsinizmi?
-Hazırda biz beton işlərinin yekun mərhələsindəyik.
Şüşələmə işlərinin təxminən 70 faizi başa çatıb. Qarşıda bizi bəzək işləri
gözləyir ki, bu da çox zaman, əmək və vəsait tələb edir. Buna görə də, tikintinin
başa çatdırılması üzrə konkret müddət təyin etmək istəmirəm, lakin gələn ilin
sentyabr ayında Azərbaycanda keçiriləcək U-17 qadınlar arasında Dünya
Çempionatının bəzi oyunlarının məhz "Şəfa” stadionunda baş tutacağını nəzərə
alsaq, o zaman demək istəyirəm ki, kompleksimiz yarışların əvvəlinə hazır
olmalıdır. Stadionda təmir-tikinti işlərinin 2012-ci il iyul ayının sonunadək
başa çatdırılmasını qarşımıza məqsəd qoymuşuq. O vaxta kompleks istismara hazır
olacaq.
-Mövsümarası
dövrdə komandanı bir çox futbolçu tərk etdi, onların arasında Aleksandr
Çertoqanov kimi əsas oyunçunu qeyd etməyə dəyər. Lakin gedən futbolçuların
əvəzinə yalnız bir neçə oyunçu gəlib. Necə düşünürsünüz, bu vəziyyət komandanı
zəiflətməyəcək?
-Müasir futbolda futbolçunun bir komandada eyni
səviyyədə bir necə il ard-arda oynaması nadir hallarda baş verir. Elə həmin
A.Çertoqanovu nümunə göstərək. "İnter”də o, iki mövsüm keçirdi və ona belə
görünür, atmosferi dəyişmək lazım gəldi. O, öz seçimini etdi və biz də ona
maneəyə yaratmadıq. Əgər hər hansı bir futbolçu, hətta əsas oyunçulardan biri olsa
belə, komandadan gedərsə, hesab etmək olmaz ki, komanda dağılacaq və
liderlərdən biri olmayacaq. Mən hesab edirəm ki, biz yerli "bazarda” yaxşı iş
apardıq və komandamızda görmək istədiyimiz azərbaycanlı futbolçuları əldə
etdik. Onlar təqdimata ehtiyacları olmayan baş tutmuş futbolçulardır və onların
oyunlarıyla səviyyələrini təsdiqləyəcəklərinə əminəm.
Hələlik biz legioner transferini
yekunlaşdırmamışıq, lakin bu proses komanda Bakıya qayıtdıqdan sonra da davam
edəcək. Axı, transfer pəncərəsi avqustun 31-dək açıq olacaq və mən düşünürəm
ki, komandanın baş məşqçisi Kaxaber Tsxadadze bu məsələnin ən doğru həllini
tapacaq.
Deyim ki, avrokuboklara düşməməyimiz bizə
transferlər üçün çox zaman verdi. Bu məsələdə biz tələsməməli və doğru seçim
etməliyik.
-Yeni
mövsümdə komandanın qarşısına hansı vəzifələr qoyulacaq?
-Bizim böyük ambisiyalarımız var. Biz orta
məqsədlər üçün mübarizə apara bilmərik. "İnter” çempionluq və kubok uğrunda
mübarizə aparacaq. Bundan başqa, bizim məqsədimiz avrokuboklarda mümkün qədər daha
uğurla çıxış etməkdən ibarətdir.
-"İnter”
PİK-də yeni mövsümdə hansı yenilikləri görə biləcəyik?
-Mən "İnter”PİK-in Uşaq Gənclər Futbol Məktəbini (UGFM)
ötən mövsümdə böyük həcmli iş görməsinə görə çox tərifləmək istəyirəm. UGFM
ideyalarıyla bizi sevindirir, orada kifayət qədər yaxşı rəhbər heyəti toplaşıb
və hər bir rəhbər uşaqların tədrisi üzrə
şəxsi metodikasını hazırlayıb. Məhz bunu mən bizim "nou-hau”larmızdan biri
hesab edirəm və düşünürəm ki, tezliklə məktəb öz bəhrəsini verəcək. UGFM-nin
inkişaf layihəsinin rəhbəri Valentin Xodukinin, məktəbin rəhbəri Rövşən Babayevin
və digərlərinin cəhdləri sayəsində məktəbimiz hazırda Azərbaycanda ən yaxşı
məktəblərdən birinə çevrilib.
"İnter”in ikinci komandasının heyətində də bəzi
dəyişikliklər həyata keçirdik. Keçmiş məşqçi qüvvəsini başqa klubda sınamaq
istədi. Biz görülmüş işlərə görə ona minnətdarlıq etdik və komandanı yeni
məşqçi Tofiq Mustafayevə tapşırdıq. O, bizim ideyaları, konsepsiyamızı davam
etdirdi. Axı, əvəzedici heyətdə yalnız gənclər olmalıdırlar və kənardan kimisə
dəvət etmək niyyətimiz yoxdur. Komandanın heyəti əsasən klubun yetirmələrindən
ibarət olmalıdır.
Yeni məşqçiyə "İnter” PİK-in əsas komandası üçün
kadrların hazırlanması missiyası da həvalə edilib. Biz əsas komandanın ayrılmaz
hissəsi olan "İnter-2” adlanan prosesi davam etdirəcəyik. Kaxaber Tsxadadze
cari mövsümdə əvəzedici heyətdən cəlb ediləcək oyunçuların sayını artırmağı
planlaşdırırdı. Əgər səhv etmirəmsə, əsas komandada 5 futbolçu olacaq və
onların hamısı əsas heyətə düşmək uğrunda mübarizə aparacaqlar, bu isə deməkdir
ki, onlar daha da güclənəcəklər.
-Çempionatın
başlanmasına az qalıb, "İnter”ə mövsümü "Turan”la matçla açmaq müyəssər olub. Mövsümün ilk
qarşılaşması barədə nə deyə bilərdiniz?
-Bizə asan rəqib düşməyib. "Turan” Azərbaycan
futbolunun ənənəsini daşıyan klublardan biridir. Hazırda bu komandaya müdafiə
oyun tərzinə üstünlük verməsilə tanınan kifayət qədər məşhur və kifayət qədər
istedadlı məşqçi rəhbərlik edir. Mən hətta eşitmişəm ki, o, bizə sürpriz vəd
edib. Lakin demək istəyirəm ki, onun sürprizi bizə əvvəlcədən məlumdur-bu,
müdafiədə 11 futbolçu və mümkün olanda əks-hücumdur.
Oyun asan olmayacaq. Amma mən hər halda düşünürəm
ki, sürpriz elə "Turan”la və onun baş məşqçilə qalacaq.
-Siz
çempionatın indiki sistem üzrə keçirilməsinin ən əsas əleyhdarlarından
birisiniz. Komandaların "altılığa” bölünməsi məsələsində nə xoşunuza bilmir?
-Bu sistem mənə nəinki xoşuma gəlir, hətta etiraf
edim ki, o məni sadəcə qıcıqlandırır. Qoy başqaları təsdiqləsinlər ki, bu
sistem Azərbaycan futbolunu inkişaf etdirir. Lakin belə demək o halda olar ki,
Azərbaycanın bütün 4 təmsilçisi avrokuboklarda mərhələ keçsinlər. Ancaq hələlik
başqalarının cəfasını "Qarabağ” çəkirsə,
o zaman bunu demək olmaz. Biz bu sistem üzrə artıq üç mövsümdür oynayırıq,
ancaq mənə deyin, bu sistem bizə nə verdi? Heç nə!
6 klubu yüksək yerlər uğrunda mübarizədən ayırmaq ,sadəcə,
idman prinsiplərinə ziddir. Bu doğru deyil, bu, yalnız həmin klubları yüksək
yerlər uğrunda mübarizəyə müdaxilə etmək imkanından məhrum edir. Bu 6 klubu
təcrid etmək tamamilə xeyirli heç nə vermir. Düşünürəm ki, əvvəldən sonadək 12
komanda bir qazanda "qaynamayanədək”, Azərbaycan klublarının Avropada göstərəcəkləri
nəticələrdə irəliləyişin şahidləri ola bilməyəcəyik.
-Azərbaycanda
futbol yayı xüsusilə də kədərli hadisələr baxımındna çox zəngin oldu. Belə ki,
Premyer Liqaya vəsiqə qazanmış "Abşeron” klubu buraxıldı, "Muğan” komandası
artıq çempionatda iştirak etməyəcək. Ən son "Xəzər-Lənkəran” komandasının
kədərli gələcəyi barədə şayiələr dolaşmağa başladı. Bütün bu proseslər barədə
fikirlərinizi bilmək istərdik...
- Digər klubların daxili problemləri barədə
danışmaq mənə çətindir. Demək istəyirəm ki, "Abşeron” komandasının
buraxılmasından çox təəssüflənirəm. Mən "Abşeron” rəhbərliyinin işə entuziazmla
yanaşmasını görmüşəm. Onlar doğru yol seçmişdilər, yerli kadrlara üstünlük
vermişdilər, yüksək liqaya çıxdılar, lakin birdən klub buraxıldı. "Abşeron”-mühərrik
kimi futbol üfüqündə göründü və bir anda da oradan yox oldu.
Doğrusu, üfüqdə "Rəvan” klubu peyda olan zaman eyni
hal "Muğan”la a baş verəcəyini düşünürdüm. Bilirdim ki, elitada bu iki klublardan biri çıxış
edəcək.
"Xəzər-Lənkəran” komandasına gəldiksə səmimi deyə
bilərəm ki, mən orada hadisələrin inkişafından məlumatım yoxdur. Lakin
düşünürəm ki, Lənkəran komandası fəaliyyət göstərməlidir. Ola bilər ki, Lənkəran klubu ətrafında cərəyan edən
proseslər, yeni mövsümdə "Muğan” və "Abşeron”
komandalarının iştirak etməmələri bəzilərini sevindirir.Lakin heç kimə zəif
çempionat lazım deyil, əksinə, o hər ötən il daha da güclü olmalıdır.
-Biz Sizin
klubun rəsmi saytındakı bloqda yazdığınız maraqlı məqalələrə alışmışıq. Lakin son
vaxtlar fasilə götürmüsünüz və artıq bir aydır yeni heç nə yazmamısınız.
Qarşıdakı mövsümdə oxucuları yeni yazılarınızla sevindirəcəksiniz?
- Bilirsiniz, hansısa maraqlı material yazmaq üçün
ilham lazımdır, ancaq səni yalnız tikinti və tikinti materialları əhatə edirsə,
bunu etmək çox çətindir. Lakin yeni mövsümdə aktual mövzular barədə fikirlərimi
bölüşəcəyəm
|