agligoylu@box.az elektorn ünvanımıza gələn bir məktub bizləri çox maraqlandırdı belə ki İnter Azarkeş olduğunu bildirən bir xanım oxucumuz kiçik bir yazı təqdim etdi.İndi o yazını sizlərə təqdim edirik
Mən bu gün İnterin uğursuz çıxışından avro liqadan kənarda qalmağından və ya Birlik Kubokundan danışmayacam.Bu haqda çox danışıblar və hər gün bu haqda bir köşə yazısı var.Bu gün mən komandanın transfer siyasətindən danışmaq istərdim.
"Sezon başlayan kimi gedənlər ardarda durdu əksəridə legioner onda öz özümə dedim.Yəni o məqam çatıb ki lazımsız legionerlərdən bankirlər can qurtarır?Amma ardından yerli oyunçulardan getmək istəyəndə bir az müəmmalı qaldı.Amma sonra öz özümə düşündüm.Rövşənin ya da Saşanın getməyindən İnter nəsə itirdi və ya itirəcək ? Yox gedəni saxlamazlar qoy getsinlər.
İlk transfer azərbaycanlı olanda çox sevindim.Samir Zərgərov indiki Kəpəz klubundan transfer oldu ardından Asif Xəyal Ruslan kimi oyunçular rəngimizə qatanda öz özümə dedim:”Yəni klub artıq düz yola düşüb?” Heyyətdə olan Arif Daşdəmirovun yanına azəriləri qoymaq çox yaxşı fikirdi.Əvvəl paytaxt klubunun heyyətində barmaqla sayılacaq yerli oyunçu olduğunu başımıza qaxanc edənlərə bu bir mesaj olsun.
Arif Daşdəmirov Xəyal Musatafayev Samir Zərgərov Samir Abdulov Ruslan Poladov
Dmitriy KramarenkoAsif Məmmədov və daha da sayları artacaq.
Kim ki bu cür ağıllı siyasət yürüdübsə klubda ona sadəcə alqış düşür.Klubun hörmətini artıracaq futbol sevərlərin arasında kluba qarşı simpatiya artacaq.
Mən bir futbol azarkeşi üstəlik İnterə simpatiyam olan bir xanım kimi bir şeyi deyə bilərəm.Gələn sezon tamam başqa bankirlər görəcəyik.
Lamiyə Əlizadə
Bu Yazıya Şərh yazmağı unutma Fikiriniz Mənim üçün çox maraqlidir.
|