Qarabağ”la oyundan sonra Girts Karlsonsla görüşüb matç haqqında fikirlərini öyrəndik.
-Öncə qələbə münasibətilə təbrik edirik. Matç haqqında təəssüratlarını bizimlə bölüşdürərdin.
-Təşəkkür edirəm. Oyundan razı qaldım. Düşünürəm ki, pis futbol sərgiləmədik və haqlı olaraq qələbə qazandıq.
-Yayda "Qarabağ” Avroliqada 3 mərhələ keçdi-bu faktor sizə oyunda xüsusi motiv verdi?
-Əlbəttə. Amma biz rəqibdən asılı olmayaraq həmişə qələbəyə oynayırıq və müsbət nəticəyə köklənirik. "Qarabağ”la oyunöncəsi köklənmə ən ciddi hal almışdı.
-2 matç keçirmiş milli komandanın düşərgəsindən qayıtmısan. Fiziki vəziyyətin necə idi? Hansısa yorğunluğun vardımı?
-Deyim ki, o qədər çətin olmadı. Ona görə ki, ikinci qarşılaşmada az oynadım. Daimi uşuçlar bir qədər yordu, ancaq belə də hər şey qaydasındadır. Bundan başqa, dincəlməyə və "Qarabağ”la oyuna hazırlaşmağa vaxt vardı.
-Çempionat sürət götürür. Növbəti matçlarla bağlı hansı planlar var? -Artırmaq lazımdır. Daha yaxşı oynamağa can atmaq lazımdır.
-Bu il çempionluq uğrunda maraqlı mübarizə gözlənilir. "İnter”in rəqiblərindən hansı komandanı qeyd edərdin?
- Hansısa konkret komandaya üstünlük vermirəm. "Altılıq”da olan bir çox yaxşı komanda var. Bununla yanaşı, həmişə sürpriz etməyə hazır olan komandalar da mövcuddur. Maraqlı mübarizə olacaq.mənbə.inter.az
|