Bazar günü baş tutmuş "Qarabağ"la oyun haqda Arif Daşdəmirov agligoylu.tk saytına verdiyi müsahibədə bunları dedi. "Artıq neçə turdu məğlub olmuruq və yaxşı formadayıq "Qarabağ"la oyuna çox ciddi hazırlaşmışdır.Bilirdik ki rəqib keçən tur məğlub olub.Gözlənildiyi kimi oyun çox gərgin və bir o qədərdə baxımlı maraqlı keçdi.Çempionluğa iki real namizədin oyunu desəm yanılmaram.Bu oyunda biz qalib gəlib turnir cədvəlinin ilk sırasına qalxmaq istəyirdik.Amma alınmadı futbolun gözəlliyi qoldu oda olmadı.Amma ikinci yerdə olmaqda heç də pis nəticə deyil.Gələn tur oyununa hazırlaşırıq.İnşallah qalib gəlib azarkeşlərimizi sevindirərik. Farix Xəlili agligoylu.tk
|