Главная » 2011 » Mart » 1 » "Fırtına" fanklubu qardaşlığa tüpürdü (FOTO)
19:12
"Fırtına" fanklubu qardaşlığa tüpürdü (FOTO)
Cənub bölgəsinin əhalisi futbolu çox sevir.Bu bölgənin "Xəzər Lənkaran” adlı komandası var.Yarandığı gündən daim yüksək yerlər uğrunda mübarizə aparan komandanın çoxlu sayda azarkeşi var.Bundan əlavə komandanın üç fanklubu: komandanın rəsmi,”Bosman”, "Fırtına” fanklubları və 12 oyunçu azarkeş qrupu fəaliyyət göstərir.”Xəzər Lənkaran” komandasını stadionda dəstək olan cənublu fanatları daim öz tərbiyəsi və azarkeş mədəniyyəti ilə digərlərindən seçilirlər.Bütün futbol ictimayyəti İnterfanklubunun və "Xəzər Lənkaran” komandasının hər üç fanklubu və bir azarkeş qrupunun rəhbərliyi və üzvləri ilə qrdaşlıq münasibətindən xəbəri var.Bu isti münasibətə görə bizi alqışlayanlar oasa da tənqid edənlər çoxluq təşkil edirdi.Lakin bütün bu tənqid və təzyiqlərə baxmayaraq hər iki futbol klublarının fanatları günü gündən daha da yaxınlaşır və arada olan qardaşlıq münasibəti möhkəmlənir.”İnter” və "Xəzər Lənkaran” komandalarının fanatları arasında olan xoş münasibət barədə uzun uzadı yazmaq olar.Amma sözümün mənasına keçmək istəyərdim.Atalar düz deyib "Gözəmədiyin yerdən zərbəni gözlə”.Belə bir gözləmədiyimiz zərbəni bizə bazar günü "Fırtına” fanklubu vurdu.Unibank Premyer Liqasının XXII-ci turunda "İnter” və "Xəzər Lənkaran” komandaları qarşılaşırdılar.Məhz "Xəzər Lənkaran” komandasının fanatları ilə aramızda olan xoş münasibəti nəzərə alan İnter Peşəkar İdman Klubunu və İnterfanklubun rəhbərliyi oyunöncəsi azarkeşlərə şou proqram təqdim etməyə qərara almışdı.Tədbir başlayan kimi meydana Azərbaycan Respublikasının üçrəngli bayraqları gətirildi.Bundan sonra aparıcı Azərbaycan futbolunun 100 illiyi və bu müddət ərzində futbolumuzun uğurları barədə məlumatlandırdı.Bundan əlavə Azərbaycan klublarının "Birlik Kuboku” turnirindəki uğurları barədə məlumat verən aparıcı meydana ardıcıllıqla "Neftçi”,”Xəzər Lənkaran” və "İnter” komandalarının formasında olan azyaşlı uşaqları dəvət etdi.Həmən vaxt "Fırtına” fanklub üzvlərinin birinci zərbəsi İnterfanklubuna dəydi.Belə ki,”Neftçi” komandasının formasında olan azyaşlı uşaq meydana daxil olanda məhz "Fırtına” fanklubunun üzvləri "Neftçi qaz” şüarını səsləndirib cənublu azarkeşləri bu şüarı səsləndirməyə təhrik etməyə çalışdılar.Amma stadionda olan çoxsaylı cənublu azarkeşlər bu provokasiyaya getmədi.Buna görə onların qarşısında baş əyib İnterfanklubunun rəhbərliyi adından minnətdarlığımı bildirirəm.Bununla da "Fırtına”çıların bu məkrli niyyətləri ürəklərində qaldı.”Fırtına” fanklubunu üzvlərinə bildirmək istəyirəm ki,stadionda Azərbaycan futbolunun uğurlarından danışılırdı və adı çəkilən hər üç komandamız "Birlik Kuboku” turnirində Azərbaycanı təmsil edib ölkəmizin adını yüksəltmişdilər.Bundan əlavə bu tədbiri qardaş adlandırdığınız İnterfanklubu təşkil etmişdi.Sizin qardaşlığa verdiyiniz qiyməti gördük.İkinci zərbəni oyunun ikinci hissəsində "Xəzər Lənkaran” komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin olunan zaman aldıq.Həmən vaxt stadionun oturacaqlarını qıran "Fırtına” fanklubunun üzvləri onları meydana atmağa cəhd etdilər.Onların ikinci profokasiyasına bir neçə cənublu azarkeş uydu və nəticədə "Şəfa” stadionunda 30-dan çox oturacaq qırıldı.Buradan sizə "Fırtıançı”lar səslənib demək istəyirəm ki,fanat stadiona oturacaq sındırmağa yox sevimli komandasına dəstək olmağa gəlir.Hakimin qərarlarına etiraz etməyin başqa sivil formaları var.Yəqin bu hərəkəti etməklə siz özünüzü necə "krutoy” olduğunuzu göstərmək istəyirdiniz.Amma etdiyiniz bu hərəkət "krutoyluq” deyil,acizlik əlamətidir. Sonda "Xəzər Lənkaran” komandasının rəsmi və "Bosman” fanklublarına,12 oyunçu azarkeş qrupuna,xüsusən "İnter” – "Xəzər Lənkaran” oyununa gəlib komandasına nümunəvi dəstək olan cənublu azarkeşlərə minnətdarlığımızı bildiririk.”Fırtına” fanklubunu üzvlərinə isə demək istəyirəm ki,münasibət və dəyərlərə qiymət vermək lazımdır! Bu da "Fırtına" fanklubunun əyləşdiyi sektor və bizə qoyduğu hörmət.Hörmətiniz artıq olsun!