Kaxaber Sxadadze,
"İnter” klubunun baş məşqçisi: "Bu cür stadion tikdikləri üçün AZAL klubuna təşəkkürümü bildirirəm. Əla stadiondur, inanıram ki, azarkeşlər hər oyunda bu stadionu dolduracaq. Komandamı təbrik edirəm, əla oynadıq. Çox gözəl oyun alındı, AZAL komandası da çox gözəl oyun göstərdi. Hər iki komandanın kifayət qədər fərqlənmək imkanı oldu. Bu gün qızımın ad günüdür, bu qələbəni ona həsr edirəm. AZAL klubuna gələcək oyunlarda uğurlar arzulayıram”.
Rafiq Mirzəyev,
AZAL klubunun məşqçisi: "Çox gözəl oyun alındı. İlk dəqiqələrdə buraxdığımız qol bizə çətinlik yaratdı. Çox yaxşı mübarizə apardıq, lakin, bu futboldur. Qarşıda çempionat oyunlarımız var, çalışacağıq ki, Avropa kubokuna vəsiqə qazanaq. "İnter” klubunu təbrik edirəm, finalda uğurlar arzulayıram”.