Dünən Unibank Premyer Liqansının XI turunda Zaqatalada "Simurq"un qonağı olan İnter 1:0 hesabı ilə qalib gəldi oyunda yeganə qolu makedoniyalı Filip Despotovski vurdu.Lakin dünənki oyunun qəhrəmanı Filip oyunda zədə alıb və həkimlərin rəyinə görə ən azından 3 həftə yaşıl meydandan uzaq düşəcək.
Son turlarda "İnter"in heyyətində gözəl oyunu ilə seçilən Despotovski gələn həftə "Neftçi"ilə oyunda komandaya kömək edə bilməməsi çox təssüfləndirici haldır.Bundan əlavə Valeri Abramidzenində əvəz olunması onun zədələnməsi barədə xəbər verir.
|