NBC Bank Azərbaycan Kubokunun FİNAL oyununda İnter və Xəzər Lənkaran üz üzə gəldi.Bu oyunda İnter mütləq qalibiyyət əldə edin AvroKuboklara vəsiqə qazanacaqdı.Oyun gözlənildiyi kimi əsil adına yaraşan keçdi.Əsas vaxta qapılara qol vurulmadı.Lakin 2 hissədən ibarət olan 15 dəqiqəlik vaxt ərzində qapılara 2 qol vuruldu.Əvvəlsə Uniston Parks Xəzər Lənkaranı irəli çıxardı.Daha sonra meydana əvəzlənmədən girən Girt Karlsons hesaba tarazlıq gətirdi.Oyun penalti seriyasına keçdi.Burda isə daha dəqiq olan Xəzər Lənkaran kuboku başı üzərinə qaldırdı.İnterdə penaltini Çervenka və Daşdəmirov dəqiq yerinə yetirə bilmədi.Beləliklə İnter bu sezonu heç bir uğur əldə etmədən bitirdi.AvroKuboklara isə Neftçi Xəzər Qarabağ və AZAL vəsiqə əldə etdi.
Tsxadadze: İnter öz oyunu ilə kuboka layiq idi
"İnter”in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan kubokunun "Xəzər Lənkəran”la final matçını şərh edib."bankirlər”in çalışdırıcısı penaltilərlə uduzduqları qarşılaşmadan sonra bunları dilə gətirib:
"XL layiqli oynadı. Ümumiyyətlə, layiqli bir final görüşü idi. Hələ oyundan öncə də demişdim ki, azarkeşlər əsl baxımlı futbol izləyəcklər. Mən futbolçularıma görə xəcalət çəkdiyimi deyə bilmərəm. Onları məzəmmət etmək üçün də bir əsasım yoxdu. Düzdü, rəqib əsəblərinə daha yaxşı sahib çıxa bildi. Lakin mənə elə gəlir ki, komandam öz oyunu ilə kuboku qazanmağa layiq idi. İndi gələcək aqibətim haqda danışmağa əhvalım yoxdu”.
|