Bu gün Tofiq Bəhrəmov stadionunda Xəmsə.Forza Neftçi.Caspian Ultras.Bakı.İnter.Qarabağ.Flaqman. fan klublarının rəhbərləri bir araya gəlib.Bosman fan klubu isə nümayəndə səlahiyyətini Xəmsə Fan klub rəhbərinə vermişdir.Toplantının səbəbi Azərbaycan millisinin Qazaxstana məğlubiyyəti və Berti Foqtsun fəaliyyəti müzakirə oldundu.Sabah Almaniya ilə oyunda hansı addım atacaqları müzakirə olundu.Uzun sürən müzakirədən sonra qərara gəlindi ki sabah oyunda Azərbaycan millisinə dəstək olacaqlar lakin baş məşqçinin getməsini tələb edən addımlar atacaqlar.Lakin hansı addımların atılacağı sirr olaraq saxlanıldı. Qeyd edək ki toplantıya Ultra Neftçi 11 sektor və Fırtına bitərəf mövqe göstərərək qatılmadılar. Maraqlısı odur ki müzakirə zamanı Almaniyanın DTV kanalı fan klub rəhbərlərindən müsahibə götürdülər.Suallara isə cavab jurnalistləri təcübləndirib.Belə ki "Sabahkı oyundan nə gözləyirsiniz və baş məşqçidən razısınıs sualına verilən bir mənalı cavab Alman həmkarlarımızı şoka salıb"
|