Bildiyiniz kimi Bakının "İnter" klubu yanvarın 15 də Santk Peterburgda start götürəcək "Müstəqil Dövlətlər Birlik"Kubokunda Azərbaycanı təmsil edəcək.Hal hazırda Türkiyədə təlim məşq toplantısında olan komanda sabah Peterburga yola düşəcək.
Rusiya Federasiyasında keçiriləcək turnirdə "İnter" tək olmayacaq.Belə ki hər zaman komandanın yanında olan "İnter Azarkeş Klub"u bu dəfədə ən ənəsinə sadiq qalacaq.Fan klubun prezidenti Ruslan Muradov bizimlə söhbətdə bunları bildirdi "Klub rəhbərliyi komandanı tək qoymamaq üçün fan klubumuzun ən fəal üzvülərindən ibarət olan 25-30 nəfərlik bir heyyətlə yanvarın 14-də Santk Peterburga yola düşəcək.Hər zaman komanda ilə olan fanatlarımız bu dəfə də komandaya dəstk olacaq və onları qələbəyə səsləyəcək.Bundan əlavə S.Peterburgda yaşayan 200-ə yaxın Azərbaycanlılar da komandaya dəstək olacaqlar onlar üçün komandaya məxsus atributlar aparılır.İnanırıq ki komandamız bu turnirdə qalib olub vətənə kubokla dönəcklər.
Bundan əlavə S.Peterburgda yaşayan bütün azərbaycanlıları komandamıza dəstək olmağa çağırıram gəlin "İnter"ə dəstək olaq və komadamızın uğurlarına birgə şahidlik edək.
|