Главная » 2011 » Oktyabr » 14 » Fərid Quliyev Georgi Lomayanı məyus etmək istəyir?
16:25
Fərid Quliyev Georgi Lomayanı məyus etmək istəyir?
"Çempionatda yaranmış qısa fasilə ərzində "İnter"lə oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız oldu. Düzdür, çətin olacaq, lakin çalışacağıq ki, derbidən qalib kimi ayrılaq”. Penalti.az-ın məlumatına görə, bu sözləri "Neftçi”nin futbolçusu Fərid Quliyev deyib.
26 yaşlı hücumçu Premyer Liqanın IX turunda keçiriləcək "İnter"lə oyun barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb. "Simurq"la ötən turun oyununda qələbə qolunu vuran Quliyev bu dəfə də fərqlənmək üçün çalışacağını deyib: "Baş məşqçi şans versə, ötən turda olduğu kimi, "İnter"lə qarşılaşmada da ələ düşən qol fürsətlərindən yararlanmağa çalışacağam".
Qeyd edək ki, oktyabrın 16-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "İnter" matçı saat 15:30-da start götürəcək.