"Rəvan"nla oyun asan alınmadı, buna baxmayaraq, "İnter”ə qalib gəlmək müyəssər oldu. Beləliklə, komandamız ilk dövrəni qələbəylə başa vurdu… - Bəli, əsas nəticədi. Bu planda qələbə əldə etmək bizə çox vacib idi. "Rəvan”ın güclü rəqib olduğunu bilirdik, ancaq komandamız kifəyət qədər düzgün oynadı və layiqli qələbə qazandı. - Bununla belə, matçın sonunda "İnter” azarkeşlərini gərgin anlar yaşamağa vadar etdi… - Bəli, oyunun sonu əsəbi alındı, ancaq burada biz özümüz günahkarıq. Birinci hissədə meydan sahiblərinin qapısından 2 qol keçirə bildik-biz vəziyyətə tam nəzarət edirdik. Fasilədən sonra "Rəvan” irəliyə atıldı və bu da bizə əks-hücum qurmaq imkanı yaratdı. Yenə 3-4 yüz faizlik qol vəziyyətləri yaratdıq, ancaq 3-cü qol vurmaq əvəzinə bir az sonra özümüz qol buraxdıq. - Sən karyerana hücumçu kimi başlamısan, lakin bu mövsüm Kaxaber Tsxadadze səndən yarımmüdafiəçi kimi istifadə edir. Sənin üçün yenə ampluda oynamaq çətin olmadı? - Əvvəlcə çətin oldu, amma vaxt keçdikcə uyğunlaşdım. Düşünürəm ki, mənim hansı mövqedə oynadığımı məşqçi daha yaxşı bilər. İstənilən halda meydana çıxmaq və oynumla komandaya kömək etmək istəyirəm, ona görə də yarımmüdafiədə və ya hücumda oynmağın mənim üçün o qədər də fərqi yoxdu.
- Bir neçə mövsüm "İnter”in əvəzedici heyətində keçirmisən. Ehtiyat heyətin heç də hər bir üzvünə əsas komandaya düşmək müyəssər olmur, ancaq sən bunu bacardın. Uğur sirrini bizimlə bölüşmək istərmirsən? - Mənim uğur sirrim sadədir-öz üzərimdə çox çalışıram. Bundan başqa, mən məşqçilərimə, xüsusilə də Kaxaber Tsxadadzeyə minnətdaram. Onlar mənim karyeramda irəliləməyimdə böyük rol oynadılar. - Birinci dövrə başa çatdı. ”İnter” 21 xalla turnir cədvəlində 3-cü yerdədir. Komandanın birinci dövrədə çıxışını qiymətləndirməyini istərdik…
- Biz mövsümə çox çətin daxil olduq, çempionatın əvvəlində 2 oyun ard-arda məğlub olduq, lakin sonra komanda toparlandı və xal toplamağa başladı. Birinci dövrənin son hissəsi bizim üçün kifəyət qədər uğurlu alındı, biz növbəylə "Xəzər Lənkəran” və "Neftçi” komandalarını məğlub etdik və bununla da mövqelərimizi hissediləcək dərəcədə möhkəmləndirdik. Düşünürəm ki, ilk dövrə komandamız üçün uğurlu alındı. Bununla belə, ikinci dövrədə biz vəziyyətimizi yaxşılaşdırmalıyıq, axı 3-cü yer imkanlarımızın hüdudu deyil. inter.az
|