İnter -Neftçi oyununda Neftçi azarkeşlərinin Xəzər Lənkaran komandasının daş qalağ edilməsi ilə bağlı mətbuatda və futbolsevərlər arasında çox söz söhbətlər yaranmaqdadır.Bu günlərdə Sosial portallardan biri olan "Facebook"da maraqlı yazılara rast gəldik.Guya ki Neftçi azarkeşlərinin bu hərəkətində İnter azarkeşlərinin əli var onlar Neftçi azarkeşlərini bu hərəkətləri etməyə sövq ediblər.Buna aydınlıq gətirmək üçün İnter Fan Klubunun vitse prezidenti Elçin Həsənovdan fikrini öyrəndik. Elçin bəy "facebookda"belə bir yazı yazılıb ki "Guya İnter Neftçi oyununda Neftçi azarkeşlərinin Xəzər L klub avtobusuna etdikləri zorakılıqda İnter azarkeşlərinin əli var" bu haqda nə deyə bilərsiniz? Elçin Həsənov:Onu yazanlar ağılsız adamlardır.Bu sadəcə İnter fanatlarına qarşı növbəti təxribatdır.Bütün futbol ictimayyəti bilir ki İnter və Xəzər fanatları dost qardaşdılar.Biz Lənkarana səfər edəndə onlar hər zaman bizi elə şəhər girəcəyində qarşılayırlar.Bizim onlarla çox isti münasibətlərimiz var və bunu həzm etməyən qüvvələr aramızda iftilax salmaq iki dost fan qrupları bir birinə qarşı qoymaq fikrindədilər.Amma onlara demək istəyirəm ki nə qədər çalışsanızda buna nail olmayacaqsınız.Sadəcə bu növbəti provakasiyadır.Biz ümumiyyətlə heç zaman heç bir kluba və fan hərəkatlara qarşı sərd mövqey göstərməmişik.Biz hamı ilə 90 dəqiqə meydanda rəqib kənarda səmimiyik.Bir daha təkrarlayıram bunu yazanlar futboldan anlayışı olmayan ağılsız insanlardılar.
Müsahibəni götürdü Rəşad Quliyev
|