Mənim üçün "Qarabağ" adı bir komandadı. Niyə "Qarabağ"ın avrokuboklara gedə bilməməsi bu qədər şişirdilir? Məgər "İnter" bizim deyil? Nəyə görə bütün Azərbaycan "Qarabağ" qışqırır? Onlar 4-cü yeri tutublarsa, deməli avrokuboklarda oynamağa layiq deyillər. Deməli "İnter" onlardan güclüdü. Mənim üçün fərqi yoxdu. Avrokuboklarda bütün klublarımıza azarkeşlik edəcəm. Elə bil ki, "İnter" Meksikanın klubudu. Nə vaxtsa "Qarabağ" edib. Bəlkə bu il də "İnter" belə çıxış edəcək. "İnter" avrokuboklarda "Lex" kimi rəqibi səfərdə məğlub etmişdi. Amma bəxti gətirmədi. "Qarabağ" isə zəif rəqiblərlə qarşılaşdı ki, həmin komandaları ölkəmizin bir çox klubu məğlub edərdi. Düzdür, "Qarabağ" bizə sevinc bəxş edib. Yəqin ki, indi də "İnter" və digər klublarımız bizi sevindirər. sportal.az
|