"İnter”in gənc futbolçusu Elnur Abdulov bizimlə
söhbətində "Turan”la matç barədə fikirlərini açıqladı:
"Xoşdur ki, çempionata qələbəylə başlamaq mümkün
oldu. Daha da xoşdur ki, mənim qolum komandaya qəıəbə gətirdi. "Turan” bizə
var qüvvəsilə müqavimət göstərdi. Onların meydançanın hər güşəsində mübarizə
aparan yaxşı komandaları var. Buna görə də, bizim üçün asan olmadı.
Mənə inanaraq öz oyunumu göstərmək üçün şans verdiyinə
görə baş məşqçi Kaxaber Tsxadadzeyə minnətdarlığımı bildirirəm. Qarşıdakı
matçlarda da daha yaxşı oynayaraq komandaya fayda vermək istəyirəm”.
|