"İnter”in gənc futbolçusu Elnur Abdulov "Qəbələ” ilə qarşıdakı matç barəsində saytımıza fikirlərini açıqladı: "Son matçlarda "Xəzər-Lənkəran” və "Neftçi” kimi komandalara qalib
gəlmək bizə müyəssər oldu və çox istərdim ki, bu xoş qələbə seriyasını
"Qəbələ” ilə matçda da davam etdirək. Rəqibin gücünü bilirik və
qarşılaşmaya diqqətlə hazırlaşırıq. "Qəbələ” ilk növbədə fiziki
hərəkətlərə istinadən baxımlı və sürətli futbol oynayır və bizə çox
çətin olacaq. Lakin "İnter”in də üstünlükləri var və biz onlardan
istifadə etməyə çalışacağıq".
|