Dmitri Kruqlov: "Məqsədimizə həm çempionat, həm də kubok vasitəsilə çata bilərik" "İnter"in futbolçusu Dmirti Kruqlovun müsahibəsi - AZAL-a məğlubiyyətin əsas səbəblərini nədə görürsən? - Təəssüf ki, artıq birinci dəfə deyil biz oyunda üstünlüyə malik olsaq da, qol buraxırıq və sonradan cavab qolu vurmağa cəhdlərdə çətinlik çəkməyə başlayırıq. Həlledici anda komandaya diqqətlilik çatmır. Bizə hücumda aqressivlik və müdafiədə diqqətlilik çatışmır. Bu, əvvəlki matçlarda, AZAL ilə qarşılaşmada da baş verdi. - Son dörd oyunda komanda qələbə qazana bilməyib. Bunu nə ilə əlaqələndirərdin? - Məğlubiyyət və xal itkisi həmişə psixoloji cəhətdən sarsıdır. Ancaq düşünürəm ki, yaxşı oyunla müşahidə olunan bir qələbə bizi əvvəlki vəziyyətə qaytaracaq. - Bu gün komandanın əsas məqsədi Avrokuboka düşməkdən ibarətdi. Sənin fikrinxə, "İnter" bu tapşırığın öhdəsindən gələ biləcək? - Çempion titulunu qazanmaq bu titulu saxlamaqdan həmişə çətindi. Axı, çempiona qarşı bütün klublar ikiqat motivasiya ilə oynayır. Avrokuboka gəldikdə isə ancaq onu deyə bilərəm ki, bizim komandanın ən qiymətli vəsiqəni əldə etmək üçün hər imkanı var. Bundan başqa, biz məqsədimizə həm çempionat, həm də kubok vasitəsilə çata bilərik. - Qarşıda komandanı çempionatda liderlik edən "Neftçi" ilə matç gözləyir. Bu oyun barədə nə deyə bilərsən? - İkinci dövrədə onlarla heç-heçə oynamışdıq - 1:1. Həmin qarşılaşmada komandamız əla görünürdü və yalnız final fitinin səslənməsinə yaxın qələbəni əldən verdik. Qarşıdakı matçın əhəmiyyəti barədə nəsə deməyə dəyməz, hamı onsuz da bu qarşılaşmanın dəyərini bilir. - "Neftçi" sənin üçün yad komanda deyil, orada bir neçə il oynamısan. Bu vəziyyət onlara qarşı keçirilən matçlarda sənə kömək edir? - Həmişə kömək etdiyini deməzdim. Ancaq oyununa köklənməyimə yardımçı olur. Axı, keçmiş komandana qarşı oyunda özünü yalnız yaxşı tərəfdən göstərməyə çalışırsan, nəyə qadir olduğunu göstərməyə cəhd edirsən. Amma daha vacibi qələbədi. - Çempionluq uğrunda mübarizə aparan komandalardan hansını fərqləndirərdin? - Şansı olan bütün komandalar titul uğrunda mübarizə aparır. Kimisə fərqləndirmək istəməzdim. Turnir cədvəlində hamıdan yuxarıda "Neftçi" və "Xəzər Lənkəran" qərarlaşıb, lakin bu, onlara final uğuruna zəmanət vermir. Hər bir komanda xal və üstünlüyü itirə bilər.
inter.az
|