Estoniya yığmasının oktyabrda AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Serbiya və Sloveniyaya qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. baş məşqçi yığmaya 22 futbolçu dəvət edib. Estoniya millisinin çalışdırıcısı Azərbaycan Premyer Liqasını da yaddan çıxartmayıb. Belə ki, "İnter"in oyunçusu Dmiri Kruqlov Serbiya və Sloveniya matçlarına çağırılıb. Kruqlovdan başqa, hələ də müqavilə ilə "Xəzər Lənkəran"a məxsus olan Tixxon Şişov da yığmaya dəvət alıb. Estoniya Futbol Asossiasiyasının rəsmi saytı onu təmsilçimizin oyunçusu kimi təqdim edib. Onunla yanaşı, "Neftçi"nin keçmiş üzvü, hazırda Kalininqrad "Baltika"sının formasını geyinən Taavi Rahn da milliyə dəvət alıb.
Qeyd edək ki, Estoniya yığması oktyabrın 8-də Belqradda Serbiyanın qonağı olacaq və 4 gün sonra Tallinndə Sloveniyanı qəbul edəcək.
mənbə fanat.az
|