"Qalib gəlməyə yalnız bir qol vura bilməməyimiz mane oldu" "Qəbələ" çox çətin rəqibdi. Bu komanda güclü futbol oynayır. Onlar ilk "altılığ"a namizəd komandalardan biridi. "Qəbələ"yə qarşı oynamaq çox çətin idi. Bir sözlə matç çox mürəkkəb alındı".bu sözləri "Qəbələ" ilə oyundan sonra "İnter"in oyunçusu Dmitri Kruqlov deyib.
Estoniyalı futbolçu qol vəziyyətlərindən yararlanmaqda çətinlik çəkdiklərini bildirib: "Qalib gəlməyə yalnız bir qol vura bilməməyimiz mane oldu. Bir gün bizə məhz bir qol çatmadı. Bilmirəm niyə, amma son oyunlarda qol vəziyyətlərindən çox az istifadə edirik. Ümid edirəm ki, növbəti oyunlarda bununla bağlı vəziyyət yaxşılaşacaq və biz yalnız qələbə qazanacağıq".
mənbə fanat.az
|