"İnter" daha bir futbolçusu ilə yollarını ayırıb. "bankirlər" Dmitri Kruqlovla vidalaşıb. Klubuny aydığı rəsmi açıqlamaya görə, eston futbolçunun müqaviləsi başa çatıb və onunla yeni anlaşma imzalamamaq qərarına gəlinib. "İnter" rəhbərliyi Kruqlova karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, 27 yaşlı Kruqlov karyerasına 2003-cu ildə Estoniyanın "Levadiya" klubunda başlayıb. 2005-ci ildə Moskva "Lokomotiv"inə transfer olunan futbolçu 2006-da "Kuban"a (Krasnodar), 2007-də "Torpedo"ya (Moskva), 2008-də isə "Neftçi"yə icarəyə verilib (10 oyun, 2 qol). "Neftçi" 2008-ci ildə eston futbolçunu transfer edib və o, 2010-cu ilin yayınat qədər paytaxt klubunda oynayıb (53 oyun, 3 qol). 2010-un yayından indiyədək "İnter"də çıxış edən Kruqlov 25 oyunda meydana çıxaraq 2 qola imza atı. Estoniya yığmasında 58 oyun keçirən futbolçu 1 qol vurub.
|