"Birlik Kubok"una sahib çıxan Bakımızın İnter komandası bu gün günorta saatlarında vətənə döndü.Qəhrəman İnter komandasını qarşılamaq üçün səhər saatlarından etibarən hava limanına axışan İnter fanatları təyyarənin gəlmə vaxtını səbirsizliklə gözləyirdilər.50 yaxın İnter Fan Klub üzvləri və eləcə də Bosman Fan Klubu Xəmsə Fan Klubu və Qarabağ Fan Klubundan nümayəndələrdə hava limanına gəlmişdilər.Nəhayət ki gözlənilən an gəldi İnterin oyunçuları hava limanından çıxan an etibarən İnter azarkeşləri komandanı dayanmadan alqışlamağa başladılar. Sant Peterburqda komandamızı tək qoymayan İnter Fan Klub üzvüləri də Bakıdakı azarkeşlərə qoşularaq hava limanında coşqu yaratdılar.Rövşən və Arif kuboku azarkeşlərə təqdim edən zaman isə gözəl bir mənzərə yarandı bütün yol boyu kubok azarkeşlərin əlindən düşmədi.
Beləliklə yanvar ayının 15 dən etibarən başlayan həyəcan sonda uğurla bitdi.
Bütün İnter Fan Klubu və Azərbaycan futbol sevərləri adından İnter Komandasına öz təşəkkürümüzü bildiririk ki bu gözəl anı bizlərə qismət etdi
TƏŞƏKKÜRLƏR İNTER
|