Главная » 2011 » Avuqst » 16 » Dieqo Souzanın "İnter"ə keçməyi gün məsələsidir.
18:55
Dieqo Souzanın "İnter"ə keçməyi gün məsələsidir.
"İnter" "Xəzər Lənkəran"ın futbolçusu Dieqo Souzadan əl çəkmək fikrində deyil.Gürcüstanlı baş məşqçi Kaxaber Sxadadze yarımmüdafiə xəttini məhz Dieqonun sayəsində gücləndirməyi düşünür.
Artıq 23 yaşlı futbolçu ilə klub rəhbərliyi arasında 2 dəfə görüş də olub. "Xəzər Lənkəran"ın ən köhnə legioneri karyerasını Azərbaycanda davam etdirməyin əleyhinə olmadığını bildirib. Hətta futbolçu ilə klub rəhbərliyi arasında maliyyə məsələsində də razılığa gəlinib.
Amma "İnter" Souzanın adını hələ də iştirak ərizəsinə sala bilmir. Çünki paytaxt klubu ilə
Dieqonu transferə çıxaran "Xəzər Lənkəran" arasında hələ də razılıq əldə olunmayıb. Cənub klubu Dieqonun transfer vərəqəsinin qarşılığında müəyyən məbləğ tələb edirlər ki, bu da başadüşüləndir.Hal hazırda müqavilə cəhətdən Xəzər Lənkarana məxsusdur