"Hansı daha çox pul versə, Souzanı həmin komandaya da satacağıq”
«Xəzər Lənkəran»ın bariziliyalı futbolçusu Dieqo Souzanı iki yerli klub almaq istəyir.Bu barədə klubun vitse-prezidenti məlumat verib. Amma Nadirov əvvəlcə futbolçunun ikinci heyətə göndərilməsinə aydınlıq gətirib: «Deməzdim ki, biz Dieqo Souzanı transferə çıxarmışıq. Bu belə deyil. Dieqonun nizam-intizamla bağlı problemləri vardı. O, klubdaxili nizam-intizama əməl etmədiyi üçün baş məşqçi tərəfindən əvəzedici komandaya göndərilib».
Yayılan xəbərlərdə Souzanın «İnter»ə keçəcəyi bildirilirdi ki, Nadirov bu məsələyə belə aydınlıq gətirdi: «Dieqo ilə təkcə «İnter» klubu maraqlanmır. Onunla başqa bir yerli klub da maraqlanır, hətta deyərdim ki, almaqda fikirləri ciddidir. Hələ tranasfer pəncərəsi bağlanmadığı üçün, qarşıdakı günlərdə hər şey ola bilər. Dediyim kimi, Dieqo ilə bağlı iki klubla danışıq gedir. O iki klubdan hansı daha çox pul versə, Souzanı həmin komandaya da satacağıq». Dieqo ilə «İnter»in maraqlandığı məlum idisə, ikinci komandanın da olduğu bilinmirdi. Amma nədənsə Nadirov bu ikinci komandanın adını açıqlamadı: «Həmin klubla «Xəzər Lənkəran» rəhbərliyi arasında danışıq gedir. Mənim o klubun adını çəkməyim yaxşı çıxmaz».
Nadirov sonda onu da sözlərinə əlavə etdi ki, ən pis halda Souza elə komandada qalacaq: «Dediyim kimi, Dieqo transferə çıxarılmayıb. Əgər o satılmasa və nizam-intizam qaydalarına riayət etməyi barsa, yenidən əsas omandaya qayıdacaq».
Stadium.az
|