Tsxadadze arzusuna çatdı "İnter” klubu daha bir transfer
reallaşdırıb. Dünən "bankir”lər braziliyalı
yarımmüdafiəçi Dieqo Souza ilə müqavilə bağlayıblar. Məlum olduğu kimi
Dieqo uzun illərdir ölkəmizdə çıxış edir. Ağasəlim Mircavadovun vaxtında
Mrio Souzayla birgə "Xəzər Lənkəran”a cəlb olunan Dieqo Souza "Birlik
kuboku”ndakı qələbədə aparıcı rollardan birini oynamışdı. "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze hələ ötən yay Dieqonu komandasında görmək istəsə də, arzusuna bu il çatdı.
|