"İnter" Dieqo Souzanı sifariş edib."Xəzər Lənkəran"dan alınan braziliyalı yarımmüdafiəçinin adı Peşəkar Futbol Liqasında "İnter"in sifariş ərizəsinə salınıb. 23 yaşlı futbolçunun "İnter"də geyinəcəyi futbolkanın nömrəsi də müəyyənləşib. Braziliyalı yarımmüdafiəçi banak klubunun 30 nömrəsi olub. Qeyd edək ki, Souza "Xəzər Lənkəran"da 5 nömrəli futbolkanı geyinirdi. "İnter"də 5 nömrəni Rüstəm Abasov geyinir.